Azərbaycan prezidenti İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilib.
Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək tapşırılıb.