Bakı sakini Sərxan Baxşəliyevin başına qəribə iş gəlib. O, 3-4 il öncə bankların birindən kredit götürən qohumuna zamin durub.
Unikal.org xezerxeber.com-a istinadən xəbər verir ki, kredit götürən şəxs həmin krediti vaxtında ödəyib və bitirib. Bir neçə gün öncə isə bankdan Sərxana sürpriz zəng gəlib və bildirilib ki, zamin durduğunuz şəxs borcu ödəmir, ona görə də həmin kredit borcunu siz ödəməlisiniz.
Qohumu onun xəbəri olmadan yenidən bankdan kredit götürüb. Bank isə Sərxana xəbər verməyib ki, sizi zamin kimi qeyd edirik. Qohumu borcunu ödəyə bilməyəndə isə bankdan zəng vurublar ki, siz zaminsiniz, krediti siz ödəməlisiniz. Bu azmış kimi, iş yerinə məktub yazıblar ki, mühasibatlıq maaşından tutub banka ödəsin.