Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
Unikal.org-un məlumatına görə, Mərkəzi Bank tərəfindən satışa 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub. Bu da təklifin 11,93%-i deməkdir.