Bakıda "KFC"də 3 uşaq zəhərləndi.
Unikal.org xəbər verir ki, bu barədə aktual.az-a uşaqların valideynləri məlumat veriblər.
Onların sözlərinə görə, uşaqlar dünən günorta saatlarında "28 May" metro stansiyasının yaxınlığında yerləşən KFC-də yemək yeyiblər.
Axşam hər 3 uşağın vəziyyəti pisləşib. Bu gün səhər saatlarında uşaqlar xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır.