Dövlət Statistika Komitəsi əhalinin kredit borcları, dolların aylıq məzənnəsinin orta statistik göstəricisi barədə məlumat yayıb.
Komitədən unikal.org-a daxil olan məlumata görə, Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil etmiş, onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub.
Kredit portfeli 2015-ci il avqust ayının 1-i ilə müqayisədə 17,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il avqust ayının 1-nə 7843,8 milyon manat təşkil edib.
Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya - 1,81 manata (1,74), 100 Rusiya rubluna - 2,48 manata (2,27)