Milli Şura Bakıda mitinq keçirir.
Unikal.org-un məlumatına görə, keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
****
Aksiyada iştirak edən əməkdaşının verdiyi məlumata görə, mitinqə çox az sayda cəbhəçi toplaşıb.
Maraqlıdır ki, mitinq Milli Şura adından təşkil olunsa da, aksiyada yalnız cəbhəçilər iştirak edib. Eyni zamanda mitinqdə ilk çıxışı da Milli Şuranın sədri Cəmil Həsənli yox, Əli Kərimli edib.
Unikal.org-un əməkdaşı Elvin Rüstəmovun verdiyi məlumata görə, Milli Şuranın mitinqində 750 nəfərə yaxın insan iştirak edir.
Xatırladaq ki, mitinqdən əvvəl Milli Şuranın koordinatorları mitinqdə "on minlərlə şəxsin iştirak edəcəyi" barədə proqnozlar vermişdilər.
Milli Şuranın mitinqi başa çatıb.