Yaponiyanın ən məşhur pornoaktrisalarından biri Mariya Ozava təhqir olunduğunu deyib.
Unikal.org milli.az-a istinadən bildirir ki, 30 yaşlı M.Ozava hazırda Filippinin paytaxtı Manilada yaşayır. O, mühacir statusludur və çalışma izninin vaxtı bitdiyindən lisenziyanın müddətini uzatmaq üçün Manilada İmmiqrasiya Bürosuna yollanıb.
"Pasportumu və sənədlərimi verdim. Məmurlardan biri pasportumu götürdü, baxdı və sonra gülərək yanındakılara dedi: "Əminəm ki, bu qızı tanıyırsınız! Onun porno filmlərinə baxıbsınız?! Əla bədəni var!" Özümü alçalmış, aşağılanmış hiss etdim", - M.Ozava söyləyib.
Ozavanın sözlərinə görə, daha sonra məmur onun fotosunu çəkib və sosial şəbəkədə paylaşaraq "Bu qızı tanıdınız?!" yazıb.
"Fecebook-da paylaşılan şəkildə klaviaturanın üzərində pasportum və kiçik fotom var. Bu paylaşma şəxsi həyatıma kobud müdaxilədir, aşağılanmadır. Filippini çox sevirəm, burada yaşamaq, işləmək istəyirəm. Lakin belə münasibət varsa, necə qala bilərəm?!" - Mariya Ozava deyib.
Filippinin İmmiqrasiya Bürosunun mətbuat katibi Antonett Manrobankın dediyinə görə, olayla bağlı araşdırmalara başlayıblar.