Mətbuat Şurası Milli Şuranın sentyabr ayının 17-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.
Unikal.org-a daxil olan məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib. Eyni zamanda mitinq müddətində Mətbuat Şurasında "qaynar xətt" rejimində fəaliyyət gösətərən 012 441 25 96 və 441 35 30 telefon nömrələrinə də jurnalistlərdən müraciət daxil olmayıb.
Monitorinq prosesində iştirak edən Mətbuat Şarasının icraçı katibi Rəhim Hüseynzadənin bildirdiyinə görə, aksiyanı işıqlandıran jurnalistlərin çox az qismi üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar.
Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkçələrin hazırlanmasına başlayıb. Tezliklə həmin gödəkçələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.