"Xam neftin 40-50 dollar arasında dəyişən mövcud qiyməti məmnuniyyət doğurmur. Qiymətlərin bu səviyyədə qalıb və sürətlə düşə biləcəyi ehtimalını artıran faktorlar da mövcuddur. Neft qarşıdakı bir neçə ildə 30 dollara satıla bilər.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, bu fikirlə Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin çıxış edib.
O, mövcud qiymət səviyyəsinin büdcədəki kəsirləri ört-basdır edə bilməyəcəyini vurğulayıb.