Türkiyə telekanallarının birində yayımlanan Zuhal Topalın evlilik proqramında edilən etiraf həm aparıcını, həm də izləyiciləri təəccübləndirib.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, bəy namizədi Baha çirkli paltarlarını elçi düşdüyü Naz xanıma yuduzdurubmuş.
İkili canlı efirdə bir-birinə qarşı hisslərinin hələ də olduğunu etiraf edərək münasibətlərinə ikinci şans veriblər. Nazın Bahanın paltarlarını yuması sosial mediada birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Naz azərbaycanlı qızıdır. Baha ilə alınarsa bu onun ikinci ailəsi olacaq. İlk evlilikdən ölkəsində bir övladı var.