ABŞ-da dəhşətli hadisə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Cersi ştatında xeyriyyə marafonunun startı öncəsi bomba partlayıb.
Partlayışın baş vermə məkanı marafon qaçışının marşrutunun keçəcəyi Sisayd parkı olub.
Bu hadisədən sonra xeyriyyə cəmiyyətlərindən birinin təşkilatçılığı ilə keçiriləcək marafon təxirə salınıb. Polisin verdiyi məlumata görə, bomba zibil qabına qoyulub, partlama nəticəsində xəsarət alan yoxdur. Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, xeyriyyə marafonunda 5 min nəfər iştirak etməliydi.