Ermənistanda parlamentin iclaslarını buraxan deputatların kimliyi və buna görə onlara tətbiq edilən cərimələrin məbləği açıqlanıb.

Unikal.org Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Aykanan jamanak" qəzeti yazıb.

Nəşrin sorğusuna cavab olaraq, parlamentin mətbuat xidmətindən bildirilib ki, parlamentin iclaslarını 39 millət vəkili buraxıb və buna görə onların əmək haqlarından cərimə kimi tutulmalar 12,64 milyon dram (təxminən 26,7 min dollar) təşkil edib.