Rusiyanın Kalininqrad şəhərində pişik balası magistral yolda ölümdən son anda xilas olub.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, yolda şütüyən maşınların sürücüləri pişik balasını görməyiblər.

13 dəfə əzilmək təhlükəsi ilə üzləşən balaca pişiyi, nəhayət Deni Deqtyarev adlı bir sürücü xilas edib. Avtomobilini saxlayaraq pişiyi götürən həmin şəxs, onu özü ilə aparıb:

"Yolda hərəkət çox idi. Hər an qəza ola bilərdi. Dayanmayan sürücüləri anlaya bilirəm. Mən də pişiyin olduğu yerdən 1 km uzaqlaşmışdım. İdman məktəbinə gedirdik. Uşaqlarımın israrından sonra geri qayıdıb götürdüm".

Sürücü deyib ki, idman məktəbində pişiyi görən bir valideyn onu himayəsinə götürüb.