İki oğlan gənc müəlliməni küçənin ortasında döyüdülər - Polis onları axtarır
Gənc müəlliməni küçənin ortasında şillə-yumruq vurub, təpikləyiblər.
Unikal.org-un haberler.com-a istinadın məlumatlna görə, bu çirkin hadisə Türkiyənin İzmir şəhərində baş verib. Müəlliməlikdən əlavə maddi durumunu təmin etmək üçün bir kafedə işləyən 23 yaşlı Nəriman adlı qız yolda gedərkən iki oğlanın hücumuna məruz qalıb.
Oğlanlar gənc qızla tanış olmaq istəyiblər.
Onun bir dekolteli paltarını görərək həmin xanıma yaxınlaşıblar.
Ancaq Nəriman təklifi rədd etdikdən sonra, oğlanlar ona sillə-yumruq və təpik zərbələri endirməyə başlayıblar. Üstü-başı qan içində qalan gənc qız ətrafdakıların köməyi ilə oğlanların əlindən xilas olub. Müəlliməyə qarşı bu hərəkəti etdikdən sonra onlar hadisə yerindən qaçıblar.
Nəriman taksiyə minərək xəstəxanaya, daha sonra polisə gedərək onu döyənlərdən şikayətçi olub.
Polis hazırda iki oğlanı axtarır.