Aktyor Fərda Xudaverdiyev "Selfinaz adlı stand-up şousunda türk komediya ustası Cem Yılmazı təqlid etməsi haqda iddialara münasibət bildirib.

Unikal.org xəbər verir ki, o instagram hesaında stand-up çıxışından bir parça paylaşaraq bu sözləri yazıb:

"Dekor Cem Yılmazdan götürülüb, deyən hər kəsə sözüm var. Əzizlərim, bu mənim deyil, konsertimi təşkil edən türk şirkətin istəyidir.

Mən sadəcə qonorar qarşılığında çıxışımı etmişəm. Dincəlin, qurban olum. Mən 2003-cü ildə "Tək Səbirdə monoloq deyəndə heç biriniz Cem Yılmazı tanımırdınız. Azca özümüzə dəyər verək. Cemi Cem Yılmaz edən də onun xalqı olub. Yaxın 3 ildə Cemi sizə unutdurmaq mənə borc olsun.