Bir neçə gün əvvəl verdiyi bir müsahibədə Demet Akalın və Tarkanın adını çəkərək nümunə gətirən aparıcı Okan Bayülgen tənqid olunub.

Unikal.org Axşam.az-a istinadən məlumatına görə, o, "15 iyul qiyam gecəsindən sonra Demet Akalın xalqa maraqlı deyil" deyərək müğənninin etirazına səbəb olub.

D.Akalın Tvitterdə "Okan Bayülgen yaxşısan, xoşsan, amma sataşmaqdan əl çək, işinlə məşğul ol. Tarkansız da, mənsiz də reklamın olar. Neçə yaşındasan, artıq bizə sığınma" yazıb.