"Kərtənkələ serialının çəkiliş meydançasında Qurban bayramı ilə əlaqədar bayramlaşma keçirilib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bayramı 10 gün qeyd edən Türkiyədə həyata keçirilən adət-ənənəyə, serialda rol alan aktyorlar da əməl ediblər.
Aktyorlar serialın ən yaşlısı Selahattin Taşdöğeni təbrik ediblər və əlini öpüblər. O da öz növbəsində əlini öpən hər kəsə - böyüklərə 200 lirə (təxminən 100 manat), kçiklərə də 100 lirə pul verib. Aktyorun ümumilikdə 4000 lirə xərclədiyi bildirilir.
Qeyd edək ki, "Kərtənkələnin sentyabrın sonunda yeni mövsümə başlayacağı gözlənilir.
.