"Marketimin bağlanması ilə bağlı yayılan xəbərlər doğrudur".
Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Əjdər Həmidov marketinin iş adamına görə bağlanması haqda axar.az-a danışarkən deyib. O, marketinin müflis olduğunu bildirib:
"Amma kiməsə görə yox, sadəcə, artıq zərərə işləyirdi. Ona görə də özüm bağlanması haqda qərar verdim. Bu işdə market sahibi olan başqa adamların heç bir günahı yoxdur. Yayılan xəbərlər əsassızdır".