Milli Məclisin deputatları bu gün Rusiya Dövlət Dumasına keçirilən növbəti seçkiləri müşahidə edirlər.
Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, sentyabrın 16-da Rusiyaya səfər edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev, Mixail Zabelin bu gün MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyirlər.
Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə tanış olur, seçicilərin fəallığına diqqət yetirirlər. Səfər sentyabrın 20-də başa çatacaq.