Milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırılıb.
Unikal.org bildirir ki, bu qayda xarici valyuta ilə qoyulan əmanətlərə şamil edilmir.
Dollar, avro və digər xarici valyutda yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi əvvəlki kimi yenə 3 faizdir. Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
İqtisadçı ekspert Rəşad Həsənov xəzər xəbər-ə açıqlamasında qərarın müsbət nəticələr verəcəyini bildirib. Onun sözlərinə görə, bu qayda insanların manata etimadlarını bərpa etməklə yanaşı, əmanətlərin də həcminə müsbət təsir göstərəcək.