Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

Unikal.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz hava şəraitin gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.