Yanvar-avqust ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 4 milyard 682,6 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 459 milyon manatlıq xidmət göstərilib. Bu da ümumi xidmətlərin 73,9 faizini təşkil edir.
Cari ilin yanvar-avqust ayları ərzində ölkənin hər bir sakini orta hesabla 486,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.