Ötən il Azərbaycana sığınan, daha sonra üçüncü ölkəyə - Ukraynaya köçən Martirosyanlar ailəsinin yeni körpəsi dünyaya gəlib.

Unikal.org azvision.az-a istinadən bildirir ki, Vahan Martirosyan sosial şəbəkədə oğlunun fotosunu paylaşıb.

Martirosyan valideynləri irəvanlı olan və Ukraynada doğulan uşağın "bünövrəsinin" Bakıda qoyulduğunu və oğluna Emil adını verdiyini yazıb.



Qeyd edək ki, Vahan Martirosyan ailəsi ilə birlikdə 2015-ci ilin sentyabr ayında Azərbaycana sığınıb. Bu ilin yazında isə üçüncü ölkəyə göndərilib.