Yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Bakuriani, Bakı-Barjomi, Bakı- Kiyev reysləri açılacaq.
Unikal.org- un milli.az-a istinadən xəbərinə görə bu haqda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumatda bildirilib.
Həmçinin, məlumatda həmin şəhərlər barədə informasiya verilib
Bakuriani - dəniz səviyyəsindən 2700m hündürlükdə yerləşən Gürcüstan Respublikasının qış istirahət mərkəzidir.
Barjomi - Gürcüstanın cənub-qərbində yerləşən kurort şəhəridir. Şəhər öz məşhur Borjomi mineral suyu ilə tanınır.
Kiyev, həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir.