Müğənni Günel Ələkbərova anasına olan sevgisini etiraf edib.
Unikal.org xəbər verir ki,ifaçı şəxsi "instaqram" səhifəsində anasının fotosunu paylaşaraq onu necə çox sevdiyini, zaman-zaman onun sözlərinə qulaq asmadığı üçün özünü günahkar hiss etdiyini açıqlayıb:
"Məni təmənnasız sevən, nazımı çəkən tək insan gözəl anam.Ürəyim, məni yalnışımla,səhvlərimlə hər zaman sevənim, hər zaman dağ kimi arxamda duranım.Zaman-zaman bəzi məqamlarda sənin sözünə qulaq asmadığıma görə indi it kimi peşmanam.İndi dərk edirəm ki, anam çox haqlı idi.Analar yalnız övladlarının xoş günlərini istəyirlər və övladının əsla üzülmələrini istəməzlər.Nəysə ürəyim lap doluymuş ki...Həyatdı hər şey olur adamın ayağına yalnız daş dəyəndə dərk edir bəzi şeyləri.Bilmirəm şəxsən məndə belədi.Bü günümə də şükür.Bu da keçər inşallah.Əsas odur ki,təmənnasız məni sevənim var.Allah hamının anasının canını sağlam,ömürlərini uzun elesin.Mənim də anamın amin allahım.Allahım bütün anaları qorusun amin."