Xalq artisti Faiq Ağayev 3 illik fasilədən sonra yeniden solo konsertə hazırlaşır.
Unikal.org-un məlumatına görə, bu haqda müğənni "Hər şey daxil verilişində deyib.
O bildirib ki, 3 il fasilədən sonra verəcəyi konsert dekabrın son həftəsi baş tutacaq və "F.A. Made in Azerbaijan adlanır: "Konsert üçün 8 yeni mahnı hazırlayıram. Böyük bir konsertdir. Yeni mahnımın ikincisini bu gün təhvil alacam. Konsertim ad günümə təsadüf edir. Noyabrda səhnəyə gəlməyimin 28 ili tamam olur. Bu müddətdə cəmi 2 və ya 3 dəfə böyük ad günü etmişəm. Ad günümdə qonağı rahat otuzdurmaq, kimlə yan-yana qoymaq fikri çəkirəm. Ad günümü xidmətçi kimi keçirirəm. Ona görə də özəl günümdə böyük məclis etmirəm. Təmtəraq istəyəndə, səhnəyə çıxıram. Ona görə də dekabrın 29-da bu il konsert verəcəm.