Dünyaca məhşur müğənni Adel fanatlarını üzəcək açıqlama verib.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, 28 yaşlı sənətçi qarşıdakı 10 il ərzində xarici ölkələrdə konsert verməyəcək. Böyük Britaniyanın müğənnisi bütün zamanını 4 yaşlı oğlu Angeloya sərf etmək fikrindədir. Müğənni gələn il məktəbə getməyə hazırlaşan övladını yalnız buraxmamaq, onun yanında daim ola bilmək üçün konsertlərini ləğv edib.
Qeyd edək ki, Adel bundan əvvəl sevgilisi və yeni dünyaya gələn uşağıyla birgə vaxt keçirmək üçün karyerasına 4 il ara vermişdi. "Qremmi" mükafatçısı, 4 il aradan sonra 2015-ci ildə "Hello" mahnısı ilə yenidən sənətə qayıdıb.