Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb. İlkin Vəliyev idarəyə rəhbər təyin edilib.

Unikal.org xəbər verir ki, bunu Trend-ə Vergilər Nazirliyindən deyiblər. İ.Vəliyev daha əvvəl İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsini tutub. Hazırda bu vəzifə vakant qalır.