"Milli Şuranın rəhbərliyi dindarların əqidəsi ilə oynamaqla kifayətlənmir, dünyanı yaradan Böyük Allahımıza qarşı çıxmaqdan da çəkinmir.
Unikal.org bildirir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, "İmamzadə ziyarətgah kompleksinin mütəvəllisi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə görə vaxtiylə Moskva dakı Lefortova zindanında siyasi məhbus olmuş Hacı Tahir Abbaszadənin bəyanatında yer alıb.
O, son mitinqdə Milli Şura rəhbərliyinin hazırda həbsdə olan Tale Bağırzadənin bəyanatını səsləndirməsinə dindarların ikrah hissi yanaşdığını da bildirib:
"Mən, bu günlərdə İslam dininin siyasi alətə çevrilməsinə qarşı bəyanatla çıxış etdim. Çünki bəzi siyasi oyunbazlar din adamlarını meydanlara çağırır, onlardan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar. Bunun nətiəcəsində də bir çox qan unsuzluqlar yaranır, insanlar məhbəsə düşür, ana-bacılarımızın gözü yaşlı qalır, körpələr müəyyən müddətə atasız böyüməli olurlar.
Mən belə halları qəti şəkildə pisləyirəm. Eyni zamanda müqəddəs dinimizi siyasi alətə çevirmək, ondan öz məqsədləri üçün sui-istifadə etmək istəyənlərə səslənirəm: Azərbaycanı ikinci Suriyaya çevirmək cəhdindən əl çəkin!
QMİ-nin səlahiyyətlisi bəyan edib ki, iki gün əvvəl Milli Şuranın mitinqində bəzi siyasi oyunbazlar daha da irəli gediblər:
"Mən bir din adamı olaraq kimlərinsə mitinq keçirmək istəyinə qarşı deyiləm və vətəndaşların bu haqqını tanımaq lazımdır. Necə ki, Azərbaycan dövləti ölkə müxalifətinin bu haqqını da tanıyır və onların sərbəst toplaşmaq azadlığına dəstək verib, təhlükəsizliklərini təmin edir.
Ancaq həmin qüvvələr bu imkandan sui-istifadə edərək, ölkədə qarışıqlıq yaratmağa cəhd göstərirlər. Təəssüf ki, bu məkrli planlarına ölkədəki bəzi dindarları da bu və ya digər formada cəlb etməyə çalışırlar. Eyni zama nda Milli Şuranın rəhbərliyi dindarların əqidəsi ilə oynamaqla kifayətlənmir, dünyanı yaradan Böyük Allahımıza qarşı çıxmaqdan da çəkinmir.
Hacı Tahir qeyd edib ki, mitinqdə səsləndirilən bəyanat onun üçün anlaşılmazdır: "Bu bəyanatla bəziləri iç üzlərini açdılar.
Belə bir ifadə işlədildi ki, zülmün yanında namaz qılmaqdansa, ateisti müdafiə etmək daha yaxşıdır. Yəni ateisti və ateizmi müdafiə etməyə bəraət qazandırdılar və buna çağırış etdilər. Bununla onlar Allaha asi düşdülər, Onu inkar etdilər, Ona qarşı çıxdılar, haqqa, ədalətə, sülh və əmin-amanlığa arxa çevirdilər.
Bu həmin ateizmdir ki, onun ideyaları üzərində sovetlər birliyi yaranmışdı və həmin cəmiyyətdə Allahı inkar edib, Onun mövcud olmadığını bildirirdilər. Həmin totalitar rejim 72 il Azərbaycana divan tutdu, ziyalılarımızla bərabər, din xadimlərimizi də Nargin adasında güllələdi, neçə-neçə vətənpərvər ziyalımız Sibirin sərt şaxtasında həyatlarını itirdi, məsum körpələr qundaqda dondu.
72 il Azərbaycanda məs cidlər bağlı qaldı, əksəriyyəti anbarlara çevrildi. Bu illər ərzində məktəblərdə, digər ali təhsil ocaqlarında millətimizin övladlarına Allahın yoxluğu barədə "dərslər keçdilər.
Dünyada bir çox dinlər mövcuddur. Xristian, İslam, yəhudi və s. Bu dinlərdə Allahın varlığı təbliğ olunsa da, ateizm bunu rədd edir. Ateizm - Allahı inkar etmək, Allahın düşməni ilə dost olmaqdır.
Diqqətə çatdırıram ki, Allaha qarşı çıxmaqdan böyük zalımlıq ola bilməz. Amma Milli Şuranın mitinqində bu zalımlığın şahidinə çevrildik, Allahın düşmənlərinə -ateistlərə dəstə gördük.
İslamda günahların ən böyüyü Allaha qarşı çıxmaqdır, Onu tanımamaqdır. Ateizmin də əsas xətti budur. Bu haqda Qurani-Kərimdə 115 ayə var.
Milli Şuranın mitinqdə belə bir bəyanatın verilməsi məndə ikrah hissi doğurdu, region dindarlarının hər biri bundan narahatlıq keçirdilər. Çünki bu bəyanatı azyaşlılar da dinləyir.
T.Bağırzadənin bəyanatını müsbət qarşılamayan QMİ səlahiyyətlisi bildirir ki, həmin bəyanat İslama zərbədən başqa bir şey deyildir: "O, bu bəyanatı ilə Allaha qarşı çıxır, eyni zamanda insanları haqq-ədalət yoluna deyil, təxribata və məhbəs qapılarına yönləndirir, körpələrin gözüyaşlı qalmasına rəvac verir ki, belə əməli də imandan saymaq olmaz.
Belə başa düşülür ki, Tale Bağırzadə Milli Şura rəhbərliyinin vasitəsiylə özünə yeni məhbəs yoldaşları axtarır. Bunun üçün münbit yer kimi müxalifətin mitinqini görür. Həmin mitinqdən yararlanıb insanları təxribata sövq edənlər isə, beynəlxalq təşk ilatlar qarşısında bundan dvident qazanmaq istəyirlər. Bu isə başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq cəhdidir, Allaha qarşı çıxmaqdır. Amma bunu Allah götürməz. Allaha qarşı olan hər kəsə lənətlər yağdırıram. Səslənən bəyanatı bir din xadimi kimi, region dindarları adından lənətləyirəm.
T.Abbaszadə uzaq və yaxın tarixdə islamiyyətə qarşı olan məsələlərə də diqqət çəkib. Qeyd edib ki, tarix boyu din pardəsinə bürünmüş dəccallar olub ki, onlar təfriqələr salmaqla, dindən öz məkrli məqsədləri üçün istifadə ediblər və belə siyasi dəccallar yenə də mövcuddur:
"Böyük din alimi olan İbn Teymiyyənin nəzəriyyəsi əsasında vahabizm yaranıb. Bu insan ingilislərin və başqalarının alətinə çevrilmişdi. Ondan istifadə edərək böyük islamiyyətə qan-qada gətirdilər.
Əbdül Vahab böyük bir sərkərdə, şəxsiyyət ola bilərdi, ancaq İslam dünyası üçün böyük bəlaya çevrildi. Onun davamı olaraq, bugünki "İraq Şam İslam Dövləti (İŞİD) Bağdadinin başçılığı ilə Suriyada, İraqda nələr törətdiyinin şahidiyik.
Ən yaxın tarixə - Fətullah Gülənə gəlirəm. Bu o Fətullah Güləndir ki, əməlləri ilə bütün Türk dünyasını az qala məhv edirdi. Yaxşı ki, vaxtında qarşısı alındı. Həmin Fətullah Gülən müsəlman qızını xristian oğlana ərə verib. Bu bizim şəriətimizə tamamilə ziddir. Biz xristianlardan qız ala bilərik, onlara qız verə bilmərik.
Bu gün Azərbaycanda da Fətullah Gülənin davamçı olan bəzi siyasilərimizin belə qohumluq əlaqələri var. Bu da, son nəticədə, həmin insanların haradan və necə idarə olunduqlarını aydın göstərir.
Hacı Tahir sonda Azərbaycanın bütün dindarlarını ayıq-sayıq olmağa çağırıb:
"Bəzi siyasi oyunbazlar İslamın adından sui-istifadə edir, möminləri məscidlərdən, savab işlərdən uzaqlaşdırıb onları məhbəs həyatı yaşamaq məcburiyyətində qoymaq istəyirlər ki, bu da Azərbaycanda tolerantlığın, dini azadlığın olmasına süni şəkildə kölgə salır, dövlətimizin beynəlxalq nüfuzuna zərbə vurur və erməni lobbisinə fürsət verir ki, ölkəmizə qarşı uydurma təbliğatlarını daha asan yolla davam etdirsinlər. Azərbaycanın düşmənləri daxildəki bəzi siyasi oyunbazların "əməllərindən istifadə edib ölkəmizdə müsəlmanlarla yana şı, guya digər dinlərin mənsublarına qarşı da dözülməz şəraitin hökm sürdüyünü bildirir və Qarabağdakı ermənilərə beynəlxalq dəstək almağa çalışırlar.
Daxildəki həmin qüvvələr Azərbaycanımızı Suriyaya, İraqa, Liviyaya çevirmək istəyirlər.
Mən bəyan edirəm ki, qanlı-qadalı 20 Yanvar günü hesabına, neçə-neçə şəhidlərimizin qanı bahasına yaranan müstəqil, süveren Azərbaycan dövlətinə uzanan xain əlləri kəsməyin zamanıdır. Biz imkan vermərik ki, Azərbaycada radikalizm, terrorizm baş qaldı rsın. Bu istiqamətə yönəlik bütün əməlləri lənətləyirik.