Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Unikal.org apa-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, İ. Quliyevanın bacısı İradə Həsənova ifadə verib.
 
O səhhəti ilə əlaqədar danışmağa çətinlik çəkdiyini deyib, ancaq bildirib ki, ibtidai istintaqa verdiyi bütün ifadələrini təsdiq edir.
 
İradə Həsənova M. Hüseynovanın qanun çərçivəsində cəzalandırılmasını istəyib.
 
Proses sentyabrın  27-də davam etdiriləcək.
 
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
  
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.