Unikal.org-un big.az-a istinadən məlumatına görə, imicindəki dəyişikliyi ilə diqqət çəkən S.Əliyeva bir müddət öncə böyük depressiya keçirdiyini açıqlayıb:
"Depressiyada idim. Acığımı saçlarıma tökdüm. Kəsdirdim, rəngini dəyişdirdim. Amma anladım ki, bəzən yalnış addımlardan da bir gözəllik alınır. Gözəlləşdim (gülür-red)".
"Bəs S.Əliyevanı depressiyaya salan nə oldu?" - sualımıza isə o belə cavab verib:
"Bu ayın sonu ad günümdür. Söz vermişdim ki, solo konsert edəcəm. 35 yaşım olur və sənətimin 25 illiyi tamam olur. Təəssüf ki, maddi böhranla əlaqədar olaraq konsert planım alınmadı. Devalvasiya mənə də təsir etdi. Qismət Allahındır. Bilmək olmaz. Başqa illər edərəm, eybi yox. Sadəcə gənclik, cavanlıq, səhnə gözəlliyi, cavanlığı sevir. Nə qədər ki, canımda can var, sənətimlə bağlı hesabt vermək istəyirdim. Allah yol açar".
Söhbətimiz zaman kövrələn S.Əliyeva göz yaşlarını saxlaya bilmədi:
"Çox həssas biriyəm. Bir kəlmə yetər ki, məni göylərə ucaltsın. Bir kəlmə də yetər ki, ömür boyu tikan olsun ürəyimdə. Xoşbəxt o insandır ki, hər şeyi boş verir. Kimsə onu tənqid edir, təhqir edir, deyir əş..i. Amma mən belə şeylərə dözə bilmirəm".