Tanınmış ingilis model Keyt Moss və birlikdə yaşadığı sevgilisi Nikolay Von Bismark arasında böyük ziddiyət yaranıb.
Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, cütlük arasında baş verən mübahisə davaya çevrilib.
42 yaşlı model evdə parti keçirən və ortalığı dağıdan sevgilisini döyüb.
Cütlük bir müddət öncə içki içməmək məsələsində razılaşmışdı. Lakin 28 yaşlı Bismark bu razılaşmaya əməl etmədiyi üçün evdən qovulub.
Keyt bir neçə ay öncə də eyni hərəkətlər edən Bismarkı reabilitasiyaya göndərmişdi.
Qeyd edək ki, model hələ də rəsmi olaraq "The Kills qrupunun solisti Ceymi Hinslə evlidir.