Müğənni Rəqsanə İsmayılova əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Unikal.org-un qafqazinfoya istinadən məlumatına görə, ifaçı bildirib ki, boş-boş yaradılan qalmaqallar ona lazım deyil:
"Neçə gündür ki, məni istəyən dəyərli dostlarım yazır ki, niyə Elza Seyidcahana cavab vermirsiniz? Bu həyatda hər birimiz qonağıq. Allah bizə ağıl, dərrakə verib. Elza anadır və iki övladı var, onu istəyən insanlar mövcuddur. Əgər o, xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün çıxmır. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik, bir millətik. Düşmən deyilik ki, bir-birimizi qıraq. Mən bu haqda Elza xanımın özünə yazdım. Heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdandır.
Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. İki övladım var, onları düşünürəm. Bizim o yaşımız deyil, ayıbdır.Onsuz da səhvimiz çox olur. Elza xanımın etdiyi günahı, səhvi Allah bağışlasın. Anamın fikirləri mənim üçün çox önəmlidir.
O, mənə dedi ki, bala, nə deyib Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin siz də mənim fikirlərimi yaxsı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir.
Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar.
Xatırladaq ki, Elza Seyidcahan Rəqsanə İsmayılovanın şou-biznesə dərəlbəylik gətirdiyini iddia etmişdi:
"Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşnalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir".