Türkiyə kanallarının birində yayımlanan Zuhal Topalın evləndirmə verilişində Azərbaycanlı iştirakçıya qarşı tərbiyəsizlik edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naz adlı azərbaycanlı xanım iştirakçı ilə evlənmək üçün gələn Baha adlı oğlan studiyaya gəliblər.
Bir müddətdir sevgili olan cütlüyə pis surpriz edilib. Belə ki, Bahanın keçmiş sevgilisi Esmira studiyanı basıb. O, Naza "Bahanı əlindən almağa gəldim deyərək hər kəsi təəccübləndirib.
Esmira Baha ilə münasibətləri haqqında hər şeyi danışıb. Baha özünə haqq qazandırmağa çalışsa da, Naz ona əsəbiləşib və studiyanı tərk edib.
Elə studiyaya gələn Esmira da azərbaycanlıdır.