Tatarıstanda müğəninin məsciddə yarıçılpaq çəkdirdiyi klip ölkədə sas-küyə səbəb oldu.
Unikal.org -un məlumatına görə, Razeda Qaniulinanın son klipi İslam aləmində bir mənalı qarşılanmayıb. Müğəninin bu hərəkətini tatar xalqının üz qarası adlandıran dindarlar ondan təcili olaraq Allah qarşısında günahlarının bağışlanması üçün dua etməsini və klipi internetdən silməsini tələb ediblər. Klip Tatarıstanın Bolqar şəhərində yerləşən Ağ məcid də çəkilib. Bir neçə gün bundan əvvəl respublika kanallarında yayımlanmağa başlayıb.