Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Ayk Alumyan bildirib.
Məlumata görə, vəkil müvəkkilinin qanunsuz həbs olunmasından və Vahan Şirxanyanın səhhətinin ağır olmasından şikayət etdiklərini deyib.
Qeyd edək ki, ötən il dekabrın 19-da Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan ölkədəki mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək tutulub.
Xatırladaq ki, 2015-ci il noyabrın 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanın üzvlərini həbs edib. Nazir müavini həmin dəstə ilə əlaqədə şübhəli bilinir.