Türkiyənin 10 vətəndaşının qanunsuz yolla Yunanıstanın Rodos adasına qaçması məlum olub.
Unikal.org bildirir ki, Türkiyə hökuməti sözügedən şəxslərin "Fətullahçı" terror təşkilatının (FETÖ) üzvləri olduğunu bəyan edib.
Türkiyə hökuməti ölkədən qaçan FETÖ üzvlərinin kimliyini də müyyən edib. Bunlardan ikisi kişi, ikisi qadın, 6 nəfər isə uşaqlardır. Onların dəniz yolu ilə Rodos adasına qaçdığı müəyyənləşib.
Xatırladaq ki, 8 qiyamçı hərbçidən əlavə, bu ilin sentyabr ayında 7 nəfər FETÖ üzvü də Yunanıstanın Rodos və Dedeağaç adalarına qaçıb.