ABŞ-ın Türkiyədəki səfirliyi Qaziantepdə terror aktının törədiləcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Unikal.org report-a istinadən xəbər verir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyənin cənub-şəriqin səyahət etməkdən çəkinməyə çağırıb.
"Qaziantepdək terrorçu qrupların fəaliyyətinin araşdırılması nəticəsində məlum olub ki, onlar "Starbucks" və "Big Chef " kafe və restoranlar şəbəkəsini, eləcə də qəbr dövlətlərindən olan turistlərin müştərisi olduqları başqa obyektləti hədəf seçiblər. ABŞ vətəndaşlarına Qaziantepdəki belə yerlərə gedərkən, ehtiyatlı olmağa və imkan daxilində həmin obyektlərə getməməyi məsləhət görürük", - deyə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd edək ki, bu ilin avqustunda Qaziantepdə törədilən terror nəticəsində 56 nəfər ölmüşdü. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin hadisəni terrorçu İŞDİ qruplaşmasının 14 yaşlı üzvünün törətdiyini bildirmişdi.
Xatırladaq ki, Qaziantep əyaləti Türkiyənin cənub-şərqi Anadolu hissəsində, Suriya ilə sərhəddə yerləşir.