Bakı sakini "Topaz"da 80 min manat uduzub.

Unikal.org Report-a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb. Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi,49Q-də yerləşən "Topaz" idman mərc oyunları məntəqəsində baş verib. Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.