Unikal.org-un məlumatına görə, əməkdar artist Röya Ayxan mərhum müğənni Rüfət Mehdiyevin məşhur "Darıxdım mahnısını "Nəsib olsa" verilişində səsləndirib. Röya bildirib:"Darıxdığım üçün yaşatdım. Əziz olan insanlar üçün hər zaman darıxırıq"
Maraqlı açıqlamalar edən Röya sevgidən, ehtirasdan danışıb: "Harada kişi orada ehtiras var. İnsanlar onsuz da problem içindədir. Onlara sevgi, ehtiras məhəbbət lazımdı. Yeməyi sevən kişiləri xoşlamıram. Qurman deyiləm, yeməyi sevmirəm. Sevgidə qurmanam. Sevənimi belə özüm üçün dadlı-dadlı hazırlayaram (gülür)".