Populyar müğənni Elariz Məmmədoğlu hazırda maşınsızdır. Bu günədək üç avtomobili olan Elariz hansı səbəbdən maşınları ilə vidalaşıb?

Unikal.org atv.az-a istinadən  bildirir ki, bu barədə açıqlama verən Elariz borcları olduğunu və borclu qalmağı sevmədiyinə görə bu addımı atdığını deyib: 

"20 min dollar borcum var idi və buna görə çox sıxılırdım, çünki borclu qalmağı xoşlamıram. Maşınlarım da artıq köhnəlmişdi, fikirləşdim ki, satım, borcumu da verim, onlardan da qurtulum. Düzdür, bəzi həmkarlarım kimi velosipedə keçmək fikrim yoxdur, ondansa nə qədər ki, qocalmamışam, piyada gəzməyə üstünlük verərəm. Bir də ki, maşınla da, maşınsız da mən elə Elarizəm və həyatda özümə görə hörmət qazanmışam, avtomobilimə görə yox!"