Prodüser Tarix Əliyev (Tolik) bu dəfə millət vəkili Fazil Mustafa ilə qalmaqalın təməlini qoyub.
Unikal.org xəbər verir ki, O, millət vəkilinin toy adət-ənənələri ilə bağlı fikrilərinə "İnstagram" səhifəsində sərt reaksiya verib. Tolik F. Mustafanın toylarda müğənnilərin iştirakı, səsgücləndiricilər və s. barədə fikirləri ilə razı olmadığını bildirib:
"Bu deputat uje məncə nə danışdığını bilmir.Sən kimsən ki Azərbaycan vətəndaşının ölkəyə gəlməsinə qadağa qoyasan.! Bu ölkə bizimdi sizlər 5 il deputat olub sonar olmayacağınız belli deyil,amma müğənnilər bu xalqın qulluğundadı illərnən! Elə bəzi deputatların villalarına baxaq sonar da sonrada müğənnilərin görək vergidən ən çox kim yayınır sizlər yoxsa müğənnilər? Bu bir ikincisi də hec olmasa müğənni xeyriyyə tədbirinə gedir,uşaq evinə gedir,imkansızın toyuna ildə bir dəfə də olsa gedir.Bəs siz bu vaxtacan Xalq üçün neyləmisiz? Dövlətin büdcəsin yalnız müğənnilər doldurmalıdır?Bəs bezi deputatların biznesinin vergisin kim ödəsin?Rayonlarda elə mafiyaları,manapoliyaları bezi deputatlar yaradırda! Belke siz metrodan istifadə eləyirsiz ya da avtobusla gedirsiz xəbərimiz yoxdu? Lap ağ elədilər ... Mən şəxsən bəzi deputatlardan çox bu ölkəyə yararlıyam. Lazım olubsa kimsəsiz evinə nəsə almışam, lazım olub kasıba da əl tutmuşam, əməliyyat da elətdirmişəm. Bəs siz neynəmisiz? Xalqın acınacaqlı vəziyyətini düşünən deputat gedər xalqın içində olar, bunların maaşlarını artırar, guya bunlar heç pul görməyiblər. Axı xalqını düşünən etiraz edər və deyər ki, mənim maaşımı niyə qaldırırsınız, ondansa bəzi ailələrə sosial yardım edin!!