"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sədri Arif Alışanov Qulu Məhərrəmlini məhkəməyə verib.
Unikal.org-a daxil olan məlumata görə, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia irəli sürüb. Buna səbəb Q.Məhərrəmlinin moderator.az və bir neçə başqa media qurumlarında AzTV sədrinə qarşı təhqir dolu yazılarının yayımlanması olub. Bu səbəbdən də Arif Alışanov sözügedən saytla da bağlı iddia qaldırıb.
Məsələylə bağlı dəqiqləşdirmə aparmaq üçün AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımla əlaqə saxladıq. O bildirdi ki, Arif Alışanov artıq məhkəməyə müraciət edib: "Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədəb bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həmdə yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.