ABŞ rəsmən Suriya prezidenti Bəşər Əsəddən üzr istəyib. ABŞ-ın Suriya prezidentindən üzr istəməsinə səbəb sentyabrın 17-də ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi zərbələr nəticəsində Suriyanın 62 əsgəri həlak olub. ABŞ bildirib ki, bu addım səhvən atılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib:
"Bəli üzr istədilər. Mən ABŞ xarici işlər naziri Con Kerry ilə görüşümüz və Suriya Təmas qrupu iclaslarında 17 Sentyabr bombardımanının çox qəribə bir hadisə olduğunu dilə gətirdim. Kerriy rəsmən baş vermiş hadisəyə görə, Bəşər Əsəddən ABŞ dövləti adından üzr istədi".
Lavrov bir daha 17-də ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi zərbələr nəticəsində Suriyanın 62 əsgəri həlak olmasıda Amerikanı günahlandırıb:
"Bu boyda hadisənin səhv olması qeyri-mümkündür. Onlar orada iki ildən bu yana İŞİD-i məhv etmək adı ilə Suriyada təxribatlar törədirlər. Bu səbəbdən ABŞ və müttəfiqləri hədəfi səhv seçməsi mənə az qala qeyri-mümkün gəlsin. Kimsəni günahlandırmaq istəmirəm. Amma gerçəklər bunu göstərir"-deyə Lavrov bildirib.
Xatırladaq ki, Suriyanın şərqində terror təşkilatı IŞİD'in mühasirəsi altındakıABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri sentyabrın 17-də Suriyanın Deyr Ez Zor şəhərinə iki F-16 və iki A-10 hücum təyyarələri ilə zərbələr endirib. Nəticədə Suriya ordusunun 62 əsgəri həlak olub, təxminən 100 əsgər yaralanıb. Zərbədən sonra İŞİD terrorçuları dərhal şəhərə hücum edib və Suriyalı əsgərlərin nəzarətində olduğu təpəni ələ keçiriblər.