Unikal.org xəbər verir ki, müğənni Xatirə İslam "Ondan sonra" verilişində toyların sayının azalması haqda danışarkən deyib:
"Biz müğənnilər olaraq, xalqımızın toy məclislərinə möhtac qalmışıq. Başqa heç bir gəlir yerimiz yoxdur. O qədər dedilər ki, toylar da azaldı, oradan qazandığımız pullar da... Vallah, deyirlər, müğənnilər belə qazanır, elə qazanır - yalandır. Hamısı yalan söhbətlərdir, pul çatdıra bilmirik. Heç nə kənardan göründüyü kimi möhtəşəm deyil."