Bu yaxınlarda dünyasını dəyişən türk aktyor Tarık Akanın ateist, yoxsa dindar olması ətrafında gedən müzakirələrə oğlu Barış Üregül son qoyub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Üregül iddiaları təkzib edərək atasının ateist və ya dinsiz olmadığını söyləyib:
"Biz ailəvi olaraq müsəlmanıq. Atam da müsəlman idi. İslam dininin ənənələrinə uyğun da dəfn edildi. Dinin Allahla insan arasında olduğunu düşünürük, bunun reklamı olmaz. Atamla eyni fikirdəyik".
Qeyd edək ki, T.Akanın dinsiz olduğu haqqında ilk iddianı qardaşı Turqut Üregül səsləndirmişdi.