Unikal.org milli.az- a istinadən xəbər verir ki, dünən Bakıdakı şadlıq saraylarının birində Musiqili Teatrın aparıcı aktrisası Gülçöhrə Abdullayevanın toy mərasimi olub. Həmid adlı şəxslə ailə quran aktrisanın xoş gününə sənət dostları da təşrif buyurublar.
Qeyd edək ki, Gülçöhrə Abdullayeva uzun illərdir ki, Musiqili Teatrın aparıcı aktrisalarından biridir. O indiyə kimi irili-xırdalı 50-dən çox obraz yaradıb.