Müğənni Qədir Qızılsəsin qızı subaylığa "əlvida" deyib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, ifaçının qızı Sumqayıtda yerləşən restoranların birində sevdiyi bəylə nikah masasına oturub:
"Bu gün qızımın toyuna təşrif buyuran bütün qonaqlara minnətdaram. Çox sağ olun ki, övladımın xoş günündə yanımdasınız.
Qeyd edək ki, gecədə xalq artistləri Gülyanaq-Gülyaz Məmmmədova, Nazənin, Elşad Qarayev, Əlikram Bayramov, İzzət Bağırzadə, Səidə Dadaşova, Tacir Şahmalıoğlu, meyxanaçı Namiq Məna, aşıq Namiq Fərhadoğlu və digər tanınmış sənət adamları iştirak edib.