"Bu il ərzində sosial yönümlü sahələrə daha böyük diqqət ayrılacaq". Unikal.org xəbər verir ki, bunu Milli Məclisin aqrar siyasət komitəsinin üzvü Elçin Quliyev büdcə layihəsinə edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı səsləndirib.
Millət vəkili bildirib ki, kənd təsərrüfatının inkişafına dəstək verilməsi istiqamətində həyata keçirilən tədbirlər idxaldan asılılığın minimuma endirilməsi və xüsusilə də ərzaq təhlükəsizliyinin təmin edilməsi baxmından mühüm məsələlərdən biridir: "Təqdim olunmuş büdcə layihəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert ediləcək 7 milyard 615 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, göstərilən rəqəm 2015- ci illə müqayisədə 2 milyard 773 milyon manat azdır. Təbii ki, bu da dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində baş verib. Ümumiyyətlə, büdcə layihəsində proqnozlaşdırılan əlavə vergi daxilolmalarının qeyri-neft sektorunun hesabına olması və bu sektordan vergi daxilolmalarının 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12.2 faiz çoxdur. 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə 7.4 faiz çox olması müsbət amillərdəndir. Hazırkı şəraitdə dövlət büdcəsi xərclərinin 18 milyard 495 milyon manat təşkil etməsi və 2016-cı ilin təsdiq olunmuş xərclərinə nisbətən 13.7 faiz artması xüsusilə qeyd edilməlidir. Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərinə əlavə olaraq 1 milyard 279 milyon manat vəsaitin nəzərdə tutulması təqdim olunmuş büdcənin sosial yönümlü olmasını bir daha sübut edir".
Hüseyn