Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib. Bina ilə tanışlıqdan sonra dövlət başçısı mərkəzin iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Unikal.org "Azərbaycan 24ə istinadən xəbər verir ki, toplantıda "Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxışını bitirərkən prezident yumoristik irad bildirib. O, "Kimyaçılar Evinin inşası barədə Rövnəq Abdullayev və Muxtar Babayevə verdiyi tapşırığın hələ də yerinə yetirilmədiyini bildirib.